RU

Brunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.

"Yeni Sabah" xəbər verir ki, bu ada "Mançester Yunayted"in ulduz yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.

Portuqaliyalı oyunçu ötən ay çempionat çərçivəsində meydana çıxdığı dörd qarşılaşmada rəqib qapılarından iki top keçirməklə yanaşı, dörd məhsuldar ötürmənin də müəllifi kimi yadda qalıb.

Qeyd edək ki, B.Fernandeş bu mükafat uğrunda gərgin mübarizədə Ceyms Qarner ("Everton"), Denni Uelbek ("Brayton"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Entoni Qordon ("Nyukasl"), Aleks İvobi ("Fulhem") və David Rayan ("Arsenal") kimi güclü rəqiblərini geridə qoymağı bacarıb.

Xatırladaq ki, təcrübəli pleymeyker cari mövsüm ərzində çempionatda 28 dəfə yaşıl meydanda mübarizə aparıb, aktivinə 8 qol və 16 məhsuldar ötürmə yazdırıb./Oxu.az


Telegram kanalımız
Избранный
18
3
yenisabah.az

4Источники