RU

Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi keçirildi

Qars vilayətinin Sarıqamış rayonunda Türkiyə və Azərbaycanın hərbçilərinin iştirakı ilə "Sarsılmaz Qardaşlıq - 2026" təlimi keçirilib.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat paylaşılıb. "Türkiyə və Azərbaycan hərbi personalının iştirakı ilə 3-cü Ordu Simulyasiya Dəstəkli Tədris və Təlim Mərkəzində "Sarsılmaz Qardaşlıq - 2026" təlimi uğurla həyata keçirilib", - məlumatda bildirilib.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün aprelin 2-dən Türkiyədə səfər edib.

Избранный
1
5
metbuat.az

8Источники