RU

Qazaxıstan Yaxın Şərq üzrə sülh danışıqlarını Türküstanda qəbul etməyə hazırdır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 3 aprel, AZƏRTAC

Qazaxıstan Yaxın Şərqdəki vəziyyətlə bağlı sülh danışıqları üçün Türküstan şəhərini platforma kimi təqdim etməyə hazırdır.

AZƏRTAC-ın Qazaxıstan XİN-ə istinadla verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Körfəz ərəb ölkələrinin və İordaniyanın səfirləri qrupu ilə görüşdə bildirib.

Y.Koşerbayev qeyd edib ki, Qazaxıstan tərəfi Körfəz dövlət başçılarının sülh siyasi dialoqunun qurulması istiqamətindəki səylərini, həmçinin Çin və Pakistanın regionda sülh və sabitliyin bərpası üzrə birgə təşəbbüsünü alqışlayır.

Öz növbəsində ərəb diplomatları regional təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq səylərin davam etdirilməsinin, o cümlədən Astana ilə əlaqələrin və koordinasiyanın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
2
azertag.az

3Источники