ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
Gununsesi.info xəbər verir, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, hər iki komandanın meydanda layiqli mübarizə apardığını bildirib:
“Biz məğlub olsaq da, azarkeşlərin oyunlarımızdan zövq almasını istəyirəm. “Sabah”a gəlincə, sonadək oyunda qalmağı bacardı. Bəlkə də onlar bizdən daha istəkli görünürdülər. Futbolçular da meydanda bir-birlərini yaxşı başa düşürlər”.
Baş məşqçi Aleksey Kaşuk üçün “Sabah”dan təklif almadıqlarını söyləyib.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.