RU

Peşə təhsilində qadınların üstünlük təşkil etdiyi ixtisasların adları açıqlanıb

Peşə təhsili sahəsində dayə ixtisasında qadınların payı 100 faizdir. Laborant-mikrobioloq ixtisasında bu göstərici 92 faiz, moda dizaynı və geyim üzrə dizayner ixtisaslarında isə 91 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Məkrəzinə infotur zamanı deyib.

Nazir müavini bildirib ki, saç kəsimi və gözəllik sahəsində qadınların payı 90 faiz, qənnadıçı və şirniyyatçı ixtisaslarında 89 faizdir: “Eyni zamanda, kargüzarlıq və ofis ixtisaslarında qadınların payı 83 faiz, interyer dizaynında 81 faiz, dərzi ixtisasında isə 79 faiz təşkil edir.

Digər sahələrdə də qadınların üstünlüyü müşahidə olunur. Sığorta işçisi ixtisasında qadınların payı 71 faiz, qrafik dizayner ixtisasında 65 faiz, veb-dizayn və proqram təminatı sahəsində isə 60 faizdir”.

Избранный
1
5
yeniazerbaycan.com

6Источники