RU

Turan sözü hardan gəlir? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri:

- Bakı şəhərində heç bir infrastruktur sahəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində deyil. Enerji, qaz, su təchizatı, kanalizasiya sistemi, ictimai nəqliyyat, yollar, istilik sistemi və s. hamısı mərkəzləşdilmiş idarəetmədədir. Vaxtilə Bakı şəhərinin bir çox küçələrində olan yağış (leysan) aparan sistemlər AAYDA tərəfindən məhv edilib və üstü asfaltlanıb.

Bu səbəbdən adı yağış sel yaradır.

Zaur Əliyev, professor:

- Təxminən 15-20 il öncə Kanada hökuməti əslən Ağdamdan olan bir azərbaycanlını axtarışa vermişdi. Məqsəd onu həbs etmək yox, onun Toronto şəhərindən oğurlayıb Dubayda satdığı bahalı maşınının hansı yol ilə aparmasını öyrənmək idi. Hətta ona vəzifə təklif etmişdilər.

Ondan bir neçə il sonra Almaniya bir azərbaycanlını həbs etmişdi, bu şəxs dəmir yolu bileti satan saytın feyk səhifəsini yaradıb bir milyon avroluq qazanc əldə etmişdi.

Təxminən o dövrdə bir azərbaycanlı haker də ələ keçmişdi. Nüfuzlu bankların sisteminə proqram yazmışdı, hər əməliyyatdan bir sent ona pul qalırdı. Özünü bir senti iki sent edəndə yandırmışdə. Həbs edildi.

Bu günlərdə Latviyada böyük rezonans doğuran "Starlink işi" üzrə məhkum olunmuş azərbaycanlı tələbə Əli Xəlilov şəbəkə yaradaraq hərbi məqsədlər üçün uyğunlaşdırılmış çantalar, xüsusi gödəkçələr, hava şəraitini ölçən cihazlar, silah çərçivələri, optik nişangahlar, kalibrator və mərmi sürətini ölçən xronoqraflar və digər azadlıqlar alaraq Rusiyaya satıb. Hələ də sual altındadır ki, o, bunu necə edib və gənc oğlan belə şəbəkə qura bilib.

Bu cür faktlar çoxdur.

Bu cür beyinə sahib olan nə qədər azərbaycanlılar var. Sadəcə bir qurum ola, bunları yığa başına və bütün dünyanın qaranlıq tərəfini ala əlinə....

Fərasətli soydaşlarımızın sayəsində görün nələr etmək olar.

Heydər Oğuz, jurnalist:

- Turan sözü hardan gəlir?

Bəlkə də bir çoxumuza qəribə gələcək. Turan heç də bizim öz yaşadığımız coğrafiyaya verdiyimiz ad deyil. Başqalarının bizim yaşadığımız coğrafiyaya verdiyi addır.

Turan sözü ilk əvvəl miladdan əvvəl 1-ci minillikdə qələmə alınan Avestada keçir. Sonra Avestadan ilhamlanan Əbülqasim Firdovsi öz "Şahnamə"sində Turandan bəhs edib. Fars əsatirlərinə görə, dünyanın ilk hökmdarı Fəridunun 3 oğlu olub - Tur, İrəc və Salm. Fərudin oğullarından Tura Turanı, İrəcə İranı, Salma isə Rum diyarını verib.

"Şahnamə"yə görə, ali hökmdar Fərudin Çini də Tur qövmünün (dastanda bəzən Turak olaraq keçər) ixtiyarına verib. Yəni şair bununla demək istəyib ki, İran bizimdir, siz Türküstan və Çinlə yetinin. Tarixdən bəllidir ki, Firdovsi "Şahnamə"ni yazdığı əsrdə Səlcuqlular İranı tədricən fəthə başlamış, dolayısıyla fars şairinin "qızıldan qiymətli" məsləhətlərinə qulaq asmamışdır. İran adlanan məmləkətin qızıl çağları da məhz türklərin oraya hakim olduğu tarixlə başlamışdır. İndi qalxıb bəzilərinin İranın 3000 illik dövlətçilik tarixindən danışanda adam mat-məəttəl qalır. Avestanın Turan adlandırdığı dövlətin salnaməsini də bu tarixə əlavə edirlər?

Sual edə bilərsiniz: Türklər niyə zəhmət çəkib öz tarixlərini yazmayıb ki, başqaları onu özününküləşdirməyələr?

Bu sualın cavabını Türk dövlət adamları kifayət qədər aydın şəkildə veriblər. Bilgə xaqanın Orxon-Yenisey abidələrindəki hekayəsində bildirilir ki, o, çinlilər kimi oturaq həyata keçirmək, qalalar tikmək, şəhərlər salmaq istəyir. Hətta buddizmi belə qəbul etmək fikrinə düşür. Bilgə xaqanın vəziri Tonyukuk isə bu fikrə qarşı çıxır və məsələ qurultayda müzakirəyə çıxarılır. Geniş müzakirələrdən sonra Tonyukukun mülahizəsi üstün tutulur. Bu mülahizəyə görə, oturaq həyata keçilərsə, buddizm qəbul olunarsa, türklər şəhər qalaları arasına həbs edilə və beləcə Çin əsarətinə düşə, assimiliyasiyaya uğraya bilərdilər.

Yeri gəlmişkən, Çin salnamələrinin iddiasına görə, Bilgə xaqandan hardasa 1500 il əvvəl yaşamış Mete xanın da belə bir əndişəsi olmuş və bu səbəbdən də faktiki olaraq məğlubiyyətə uğratdığı Çini ilhaq etməmişdir. İçərisində əriyib yox olmasınlar deyə.

Sualın digər bir cavabı Atillanın Roma papasına dediyi bu sözdə gizlidir: "Biz türklər tarix yazmırıq, tarixi yaradırıq".

Bəli, biz tarixi yaratmaq istədiyimizdən, yazı-pozu işlərini başqalarının öhdəsinə buraxmışıq. Amma bu o demək deyil ki, yazı yazmağı bacarmamışıq. Orxon-Yenisey abidələri türklərin yazı-pozu işində də çox bacarıqlı olduğunu göstərir. Buna baxmayaraq, başqaları kimi özümüzü birinci və ikincilərin arasına soxuşdurub üçüncü kimi də görünməyə çalışmamışıq. Başqalarından fərqli olaraq, nağıl yox, real hadisələri yaddaşımızda qaldığı qədər yazmışıq.

Vüsal Məmmədov, jurnalist:

- Kiyev Avropada "Bentley" avtomobillərinin satışına görə 3-cü yeri tutub. Bu avtomobillərinin satış qiyməti 400.000 dollardan başlayır. Müharibənin nə olduğunu bundan yaxşı izah edən fakt tapmaq çətindir. Milyonlarla insan bədbəxt olur ki, bir neçə min nəfər kef eləsin...

Mehriban Vəzir, yazıçı-publisist:

- Həsənriz kəndi...

Redaktə etdiyim bir mətndə bu ada rast gəldim: HƏSƏNRİZ.

Mətndə deyilir:

"... İyul ayının 3-də... bölük, Elxan Salmanovun rəhbərliyi ilə Həsənriz kəndinin azad olunmasında şücaət göstərdi. ...Sonradan bölüyə azad olunmuş Həsənriz kəndinin müdafiəsi tapşırıldı. ...1992-ci il iyul ayının 19-da - kəndin azad edilməsindən 16 gün sonra - erməni-rus birliklərinin əks-hücumu zamanı ...bölüyün əsgərləri yalnız atıcı silahlarla silahlanmalarına baxmayaraq, sona qədər döyüşmüş, silah-sursat, zirehli texnika baxımından dəfələrlə üstün olan düşmənin qarşısından geri çəkilməmişlər. 38 nəfər igid əsgərimiz son güllələri bitənədək müqavimət göstərmişlər. Cəngavər döyüşçülərimiz qeyri-bərabər döyüşdə mühasirəyə düşmüş, düşmənlə əlbəyaxa savaşmışlar.

Həmin döyüşdə qəhrəmancasına şəhid olmuş 38 nəfər döyüşçümüzün şərəfinə Şəhidlər xiyabanında onların şücaətini əks etdirən məzarüstü xatirə abidəsi qoyulmuşdur".

Təsirlidir... həm şərəfli, həm hüznlü... 38 nəfər... son döyüş... 38 şəhid...

Silah-sursat bitir, əlbəyaxa savaş başlayır... və azad edildiyindən 16 gün sonra Həsənriz yenidən düşmən əlinə düşür...

Kənd haqda vikipediyaya baxdım. Tarixi qədimmiş. Miladın 5-ci yüzilinə aid alban kilsəsi varmış Həsənrizdə.

1828 - Türkmənçay Müqaviləsindən sonra rus imperiyası Həsənrizə İrandan erməni köçü gətirmiş, kəndin demoqrafiq düzəni gəlmələrin xeyrinə dəyişmişdir.

1918-ci ildə Qarabağda törədilən qətliamda bu kəndin erməniləri fəal iştirak etmişlər.

Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilmiş, 1992-də Həsənriz - tarixi adı bərpa olunmuşdur.

2023-cü ildə işğaldan azad edilmişdir.

2025-ci il martın 3-də Həsənriz kəndinə 25 ailədən ibarət ilk köç karvanı yola düşmüşdür.

2025-ci ilin mart ayına olan məlumata görə Həsənriz kəndinə 166 nəfərdən ibarət 50 ailə köçürülmüşdür.

Bütün bunları uzun-uzadı niyə yazıram?

Həsənriz uğrunda şəhid olanlarımız naminə...

Silah-sursatı bitdikdən sonra tanklı-toplu düşmənlə əlbəyaxa döyüşə girmiş 38 şəhidin xatirəsi naminə...

Unutmaq olmaz!

Macal olar... bir gün...

O kəndə gedərəm...

Son azadlıq savaşında belə ruhları ilə iştirak etmiş o 38 şəhidimizin adını arayaram...

Həsənriz uğrunda... imperiya gücü ilə silahlanmış düşmənlə əlbəyaxa döyüşmüş o 38 cəngavərin xatirəsini yaşadan abidəni arayaram...

Varmı, görən...

Elxan Şahinoğlu, politoloq:

- Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə bildirib ki, o, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı şikayətlərindən xəbərdardır, ancaq Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır. Putin ilk dəfə deyil ki, Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımasını qəribə hal kimi dəyərləndirir. Həqiqətən Nikol Paşinyan Avropa Siyasi Birliyinin Praqada 2022-ci ilin oktyabr ayında keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Paşinyanın bu qərarı Putində az qala şok effekti yaratmışdı. Putin sonrakı açıqlamalarında ona işarə edirdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Rusiya sülhməramlıların Qarabağda fəaliyyətinə son qoydu. Putin hətta açıqlamalarının birində söyləmişdi ki, Rusiya uzun illər Qarabağda "referendum" keçirilməsi təklifini dəstəkləyib. Putin bununla demək istəyib ki, Paşinyan Kremlin Qarabağla bağlı planlarını pozdu. Belə çıxır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin rusiyalı hərbçiləri Qarabağdan çıxarmayacaqdı. Halbuki rəsmi Bakı sülhməramların 5 ildən çox bölgədə qalmasına razı deyildi.

Rusiya Prezidenti Paşinyanla görüşdə ona bir neçə mesajını da çatdırıb. Birincisi, Putin deyib ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının üzvü ola bilməz, Paşinyan ikisindən birini seçməlidir. Putin Avropa İttifaqı standartlarının Avrasiya İqtisadi İttifaqı standarlarından fərqli olduğunu Paşinyana xatırladıb. İkincisi, Putin ABŞ Prezidenti Donald Trampın İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirakını qeyd edib. O bunun yaxşı və ya pis olmasını söyləməyib, sadəcə deyib ki, Trampın çalışmalarından xəbərdardır. Üçüncüsü, Putin Ermənistanda parlament seçkisi öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini vurğulayıb. Rusiya prezidenti deyib ki, gərgin mübarizə iki ölkə arasında münasibətlərə mənfi təsir etməməlidir. Bu sözlər də Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır. Çünki məhz Paşinyan və onun nazirləri çıxışlarında radikal müxalifətin Rusiyaya ilə bağlılıqlarına işarə edirlər.

Paşinyan geri qayıtdıqdan sonra Putinlə görüşün müsbət nəticələrindən danışacaq. Halbuki Putinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər Kreml sahibinin Ermənistanın Baş nazirinə isti münasibətinə dəlalət etmir. Misal üçün, Putin Rusiyada yaşayan 2 milyon erməninin Ermənistanda səsvermə hüququna malik olmasını istəyib. Paşinyan bunun mümkün olmadığını deyib. Putin Rusiyada yaşayan ermənilərin Paşinyanın partiyasına səs verməyəcəyinə görə belə bir təkliflə çıxış edib. Putinin Ermənistanda parlament seçkisi öncəsində dostu və Paşinyanın rəqibi eks-prezident Robert Köçəryanı da Moskvaya dəvəti istisna deyil.

İlqar Altay, hüquqşünas:

- Məsud Pezeşkian dünyəvi görüşü, islahatçılığı, həm insanlığı ilə İranı (və xalqını) bu müharibədən, parçalanmadan, molla SEPAH rejimindən və zülmət cəhalətdən qurtarıb, işıqlığa, aydınlığa apara biləcək, xeyli ümidverici liderdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
86
525.az

1Источники