RU

Ekoloji tarazlığa töhfə: Daşkəsəndə ağacəkmə aksiyası

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Daşkəsən, 3 aprel, AZƏRTAC

Daşkəsən rayonunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində rayonun müxtəlif ərazilərinə, yol kənarlarına yerli iqlim şəraitinə uyğun 10-larla müxtəlifcinsli ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib. Məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Daşkəsəndə ağacəkmə aksiyaları ilə ərzində davam etdiriləcək.

Müxbir – Vüsalə Cənnətova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
azertag.az

3Источники