RU

Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan hökumətinin və xalqının ölkəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığına dair “X” sosial şəbəkəsində paylaşımında yazıb.

Pezeşkian qeyd edib ki, söhbət zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və iki xalqın çətin dövrlərdə bir-birinə dayaq olduğunu vurğulayıb.

Aprelin 2-də Pezeşkian Əliyevə telefon zəngi edib və tərəflər humanitar məsələlər də daxil olmaqla bir sıra mövzuları müzakirə ediblər. 

Избранный
14
1
anews.az

10Источники