RU

Rusiya səfirindən Zəngəzur dəhlizi açıqlaması

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin mətbuata müsahibəsində bildirib ki, TRIPP layihəsinin (Zəngəzur dəhlizi-M.) həyata keçirilməsi perspektivləri hazırda bir qədər qeyri-müəyyəndir.

Musavat.com erməni mediasına istinadla bildiri ki, Rusiyalı diplomatın qeyd etdiyi kimi, Ermənistan tərəfi artıq ABŞ administrasiyasının bir qədər fərqli prioritetlərə malik olduğunu bildirib.

Rusiya səfiri Yaxın Şərqdə baş verən hadisələrin iqtisadi göstəricilərə və investisiya təhlükəsizliyinə təsir edəcəyini və layihənin cavabdan daha çox suallar doğurduğunu qeyd edib.

Rusiyanın İrəvandakı səfiri Rusiya tərəfinin Ermənistanın blokadasının qaldırılmasında və regional kommunikasiyaların yaxşılaşdırılmasında maraqlı olduğunu vurğulayıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə İranda baş verənlərin TRIPP layihəsinin həyata keçirilməsini ləngidə biləcəyini bəyan edib. “Aydındır ki, ABŞ administrasiyası ən azı hələlik TRIPP-i prioritet hesab etmir”, - Paşinyan bildirib.

Musavat.com

 

Избранный
36
musavat.com

1Источники