RU

Ağ Ev hərəkətə keçdi, Alkatraz həbsxanası rəsmən açıla bilər

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ağ Ev məşhur Alkatraz həbsxana adasının yenidən aktiv penitensiar sistemə qaytarılması üçün 152 milyon dollar tələb edib.

Axar.az “Röyters”ə istinadən xəbər verir ki, bu təklif ötən il Prezident Donald Trampın San-Fransisko körfəzində yerləşən məşhur turistik məkanı yenidən həbsxanaya çevirmək çağırışı ilə üst-üstə düşür.

Qeyd olunub ki, bu maliyyə tələbi 2027-ci maliyyə ili üçün hökumətin maliyyələşdirilməsi məqsədilə Ağ Ev tərəfindən təqdim olunan büdcə layihəsinə daxil edilib. Belə təkliflər adətən ABŞ Konqresi tərəfindən nəzərdən keçirilir.

Büdcədə Federal Həbsxanalar Bürosuna Alkatrazın müasir və təhlükəsiz həbsxanaya çevrilməsinin ilk il xərclərini qarşılamaq üçün vəsait ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, qayalı adada yerləşən məşhur həbsxana 1969-cu ildə bağlanıb və hazırda Milli Park Xidməti tərəfindən idarə olunur.

Alkatraz 1934-cü ildə fəaliyyətə başlayıb. Adanın yerləşməsi, buz kimi soyuq sular və güclü axınlar səbəbindən o, ABŞ-ın ən təhlükəsiz həbsxanası hesab olunurdu. Rəsmi olaraq heç bir uğurlu qaçış qeydə alınmayıb, baxmayaraq ki, beş məhbus itkin düşmüş və ehtimal ki, boğulmuş hesab edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
axar.az

1Источники