RU

Nə bu rayonun komandası meydana çıxdı, nə də…

Aşağı yaş qrupu üzrə liqalarda çıxış edən 3 komanda yarışlardan kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, onlardan ikisi U-11, biri isə U-12 liqasının iştirakçısı olub.

U-11 liqasında Zərdabın “Məhsul” komandası “Füzuli” ilə oyuna, Bərdənin “Zəfər” kollektivi isə Beyləqan təmsilçisi “Aran”la görüşə təyin edilən vaxtda çıxmayıb. “Məhsul” və “Zəfər” mövsümdə üçüncü dəfədir bu addıma əl atdıqları üçün yarışdan kənarlaşdırılıb.

U-12 liqasında isə “Pambıqçı” (Bərdə) “Ağdam”la matça təyin edilən vaxtda meydanda olmayıb və bu hal 3-cü dəfə təkrarlanıb. Bu üzdən “Pambıqçı” da yarışdan uzaqlaşdırılıb.

Bundan başqa, AFFA Region Liqasında keçirilməli olan “Beyləqan” – “Şəfəq” qarşılaşması “Beyləqan”ın meydana çıxmaması ucbatından reallaşmayıb və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 liqasında isə “İnter” – “Qaradağ Lökbatan” matçı birincilər tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. “İnter” də eyni sanksiya ilə üzləşib.

Избранный
56
sportinfo.az

1Источники