RU

Kriştianu Ronaldu zədədən sonra qayıtdığı matçda dubl edib

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydanaqayıtdığı ilk oyunda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının27-ci turunda “Ən-Nəsr”in “Ən-Nəcmə”ni 5:2 hesabı ilə məğlubetməsinə kömək edib.

Trend xəbər verirki, Ər-Riyadda baş tutan qarşılaşmada Ronaldu start heyətində çıxışedib. O, 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərəkkomandasını hesabda önə keçirib, 73-cü dəqiqədə isə üstünlüyü dahada artırıb.

Bu dubl 41 yaşlı hücumçunun karyerasında vurduğu 966-cı və967-ci qollar olub. Səudiyyə Pro Liqasının cari mövsümündəRonaldunun hesabında 23 qol var.

Избранный
73
az.trend.az

1Источники