RU

KİV: Macarıstan Ukraynanı seçkilərə müdaxilədə ittiham edib

BAKI, 4 aprel. TELEQRAF

Macarıstan Ukraynanı ölkədə keçiriləcək parlament seçkilərinə müdaxilədə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə "The European Conservative" nəşri məlumat yayıb.

Məlumata görə, Macarıstanın analitik mərkəzlərindən biri sosial şəbəkələrdə fəaliyyət göstərən koordinasiyalı hesablar şəbəkəsinin seçki müzakirələrinə təsir etdiyini iddia edir.

Bildirilir ki, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən hazırlanmış hesabatda artıq seçkilər ətrafında xarici informasiya müdaxiləsinin və manipulyasiyaların baş verdiyi qeyd olunub.

Qeyd olunur ki, Budapeşt Avropa İttifaqı daxilində Ukrayna ilə bağlı məsələlərdə fərqli mövqeyi ilə seçilir.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın seçkilərə “sutka ərzində müdaxilə etdiyini” bildirmişdi.

Eyni zamanda, ölkənin baş naziri Viktor Orban da Kiyevi seçki prosesinə təsir göstərməkdə ittiham edib. Onun sözlərinə görə, Ukrayna agentləri Macarıstan müxalifəti daxilində fəaliyyət göstərir.

Избранный
63
33
teleqraf.com

7Источники