ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dubay əmirliyinin (BƏƏ) hakimiyyət orqanları bildiriblər ki, amerikalı "Oracle" şirkətinin binası İran mənşəli raket qalıqlarının düşməsi nəticəsində kiçik ziyan görüb.
Bizimyol.info xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidmətinin açıqlamasında bildirilib.
"Vurulan mərmidən dağıntılar Dubay İnternet Şəhəri ərazisindəki (əmirliyin paytaxtı Dubayın mərkəzində yerləşən) "Oracle" şirkətinin binasına düşüb və onun fasadına kiçik ziyan vurub. Tələfat barədə məlumat verilməyib", - deyə məlumattda qeyd edilib. Şəhərin üzərindəki səmada hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilən sursatın növü göstərilməyib.
Daha əvvəl əmirlik rəhbərliyi qonşu Dubay Marina ərazisində oxşar hadisənin baş verdiyini bildirib.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.