NASA rəhbəri Cared Ayzekman yadplanetli həyat izlərinin axtarışını agentliyin əsas vəzifələrindən biri adlandırıb.
Moderator.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə agentlik digər ulduz sistemlərindəki planetləri "Hubble" və "James Webb" kosmik teleskopları vasitəsilə yaxından öyrənir.
Cared Ayzekman bu fəaliyyətin fundamental əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Kainatın sirlərini açmaq cəhdi ən mühüm mövzulardan biridir. Mən bunu bəşəriyyət tarixindəki ən böyük macəra adlandırardım. Kim bilir, bəlkə də yaxın illərdə bizi maraqlandıran bir çox suala cavab tapa biləcəyik".