Xəzər dənizində zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.