RU

İntensiv yağıntılar olacaq - FHN müraciət etdi

Bakı. Trend:

Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisindəhavanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntılarınintensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqınhadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışlarınBakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşəkçaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Trend xəbərverir ki, Fövqəladə Hallar Nazirliyi gözlənilən hava ilə əlaqədarəhaliyə müraciət edib.

Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma,habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaqdurmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etməktövsiyə olunur.

"Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi iləəlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havaşəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayətedilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri beləhava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərəalmalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçünelektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrikxətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - deyə müraciətdəqeyd olunub.

Избранный
18
46
az.trend.az

10Источники