RU

Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir

ain.az, Unikal.az saytına istinadən bildirir.

Bu gün İrana növbəti humanitar yardım yola salınır.

"Unikal" xəbər verir ki, göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla sonuncu telefon danışığında qonşu və dost İran xalqına növbəti humanitar yardımın göndəriləcəyini açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
50
unikal.az

10Источники