RU

ŞOK: Generalı gəmidə öldürüb dənizə atdılar FOTO KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

2025-ci ilin dekabrında Rusiyanın “kölgə donanmasına” aid Qendil tankerinə edilən hücum zamanı Baş Kəşfiyyat İdarəsinin generalı Andrey Averiyanovun öldüyü iddia edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın RFI radiostansiyası məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, əməliyyatın arxasında Liviyanın ərazisindən, rəsmi Tripoli ilə koordinasiya şəraitində hərəkət edən Ukrayna hərbçiləri dayana bilər.

Bildirilir ki, tankerə ekipajdan əlavə, “dənizçi qiyafəsində” təxminən on yüksək vəzifəli rusiyalı kəşfiyyat əməkdaşı da olub. Hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Ölənlər arasında Averiyanovun da olduğu iddia edilir.

Rusiya tərəfi bu məlumatı hələlik rəsmi şəkildə şərh etməyib.

Qeyd edək ki, Andrey Averiyanov Daşkənd Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. “Azadlıq Radiosu”nun daha əvvəl yaydığı məlumata görə, o, 2013-cü ildə Avropada GРУ əməliyyatlarına cavabdeh olan məxfi 29155 saylı hərbi hissəyə rəhbərlik edib. 2024-cü ildə isə Çexiyada Vrbetitse partlayışları ilə bağlı iş üzrə axtarışa verilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
10
konkret.az

10Источники