RU

Elvindən gözlənilməz reaksiya: Qurban Qurbanov dərhal müdaxilə etdi VİDEO

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" ilə "Sabah" arasında keçirilən ilk oyun təkcə hesabla yox, meydandakı gərgin anlarla da yadda qalıb.

Ölkə.Az xəbər verir ki, görüşün gedişində “atlılar”ın müdafiəçisi Elvin Cəfərquliyev ilə “bayquşlar”ın müdafiəçisi Akim Zedadka arasında mübahisə yaşanıb. Epizod zamanı Zedadka aqressiv şəkildə rəqibinin üzərinə gedərək narazılığını bildirib.

Lakin hadisələrin daha da gərginləşməsinə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov imkan verməyib. Təcrübəli mütəxəssis dərhal müdaxilə edərək futbolçuları sakitləşdirib və münaqişənin böyüməsinin qarşısını alıb.

Diqqətçəkən məqam isə o olub ki, adətən emosional davranışları ilə seçilən Elvin Cəfərquliyev bu dəfə gözlənilmədən soyuqqanlı davranıb. O, rəqibin sərt reaksiyasına qarşılıq verməyərək vəziyyəti daha da alovlandırmayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş heç-heçə bitib - 2:2.

"Qarabağ"ın heyətində 29 və 60-cı dəqiqələrdə Kadi Borges fərqlənib. "Sabah"dan isə Umarali Raxmonaliyev (23, 65-p.) dubla imza atıb.

Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.

Qeyd edək ki, görüşü 21 min tamaşaçı izləyib. Bu göstərici PFL-in bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/2026 mövsümünün deyil, son 10 mövsümün mütləq rekordudur. Belə ki, bundan daha çox tamaşaçı sayı sonuncu dəfə 2015/2016 mövsümündə, "Qarabağ" və "Neftçi" arasındakı kubokun finalında 23 min izləyici ilə qeydə alınmışdı. Həmin görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
50
olke.az

10Источники