Türkiyədə güclü zəlzələ olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə Fövqalədə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Van vilayətinin Tuşba rayonunda saat 08:58-də qeydə alınıb. Zəlzələnin maqnitudası 5,2 olub.
7 kilometr dərinlikdə baş verən zəlzələ qısa müddətli narahatlığa səbəb olub. Yeraltı təkanlar Vanda və ətraf əyalətlərdə hiss edilib.
Aytac Əliyeva
Telegram kanalımız