RU

İranda müxalifət qrupu ilə əlaqəli daha iki nəfər edam edilib

İranda ölkə daxilində hücumların hazırlanmasında təqsirləndirilən iki nəfər edam edilib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, məhkum olunanlar Tehranda "Mücahidin-e Xalq" (İran Xalq Mücahidləri Təşkilatı) müxalifət təşkilatı ilə əlaqəli olublar.

Onlar ölkənin Ali Məhkəməsi onlara çıxarılan hökmləri təsdiqlədikdən sonra "dar ağacından asılıblar".

Xatırladaq ki, martın 30-da "Mücahidin-e Xalq" müxalifət təşkilatı ilə əlaqədə ittiham olunan iki nəfər edam edilmişdi.

Избранный
12
18
far.az

10Источники