RU

İcbari sığorta bazarı 30 faizə yaxın kiçildi

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 43,126 milyon manat sığorta haqqı toplanılıb.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 27,028 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,3 % çoxdur.

Beləliklə, 2 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 34,7 manat olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
22
cebheinfo.az

10Источники