RU

"Barselona" Kundeni İngiltərə nəhənginə sata bilər - MƏBLƏĞ

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, sözügedən futbolçu ilə "Liverpul", "Mançester Siti" və "Çelsi"nin transfer siyahısındadır. 

Mersisayd təmsilçisi 27 yaşlı arxa xətt üçün təxminən 80 milyon avro ödəməyə hazırdır. Kunde satılacağı halda, Kataloniya klubu ya Joau Kanselu ilə müqaviləni yeniləyəcək, ya da "Yuventus"un müdafiəçisi Andrea Kambyazonu transfer edəcək.

Qeyd edək ki, 2022-ci ildən "Barselona"da olan Kundenin müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 40 matça çıxan fransalı futbolçu 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Избранный
29
1
fanat.az

2Источники