ABŞ və İsrailin İrana qarşı müharibəsində 13 Amerika əsgəri həlak olub.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Bildirilib ki, fevralın 28-də başlanmış hərbi əməliyyatlardan bugünədək 365 hərbçi yaralanıb.
Həyatını itirən hərbçilərdən 6-sı quru qoşunlarında, 7-si isə hərbi hava qüvvələrində xidmət edib.
Qeyd edək ki, ABŞ bundan əvvəl 7 hərbçisinin həlak olduğunu açəqlamışdı.