“Tottenhem” və Keniya millisinin sabiq yarımmüdafiəçisi Viktor Vanyama peşəkar futbol karyerasını başa vurub.
Publika.az xəbər verir ki, bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.
Vanyama daha çox 2016-cı ilin iyun ayında transfer edildiyi “Tottenhem”dəki çıxışları ilə tanınır.
Klubun Premyer Liqa dövründə ən yüksək nailiyyətinə – 2016/17 mövsümündə ikinci yeri tutmasına onun Musa Dembele ilə yarımmüdafiədəki tərəfdaşlığı böyük töhfə verib.
Keniyalı futbolçunun son komandası Şotlandiya “Dunfermline”si olub.