Bu gün Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanı yarışda 127 idmançısı (92 oğlan, 35 qız) təmsil edəcək.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri də iştirak edəcəklər.
Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunacaq Avropa Kuboku aprelin 5-də çatacaq.