Şəki Şəhər İcra Hakimiyyəti regionda idarəetmə orqanlarının kəsintisiz rabitə və internet təminatını həyata keçirmək məqsədilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, Bağlanmış müqavilənin ümumi məbləği 23.368,8 AZN olaraq müəyyən edilib.

Xatırladaq ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Zabir oğlu Usubovdur.

E.Usubov 2019-cu ildə 5 milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.