RU

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib, sədri, sədr müavinləri və katibi seçilib

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Nazirlik yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüşüb. 

Görüşdə qarşıdakı dövr üzrə ətraf mühit sahəsində prioritet istiqamətlər, vətəndaş cəmiyyətinin ətraf mühitin qorunmasına töhfəsi, ictimai iştirakçılığın artırılması və birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
11 nəfərlik yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şura ilk iclasını da keçirib.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov Şuranın sədri olub. 
“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov və “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri Elman Yusifov Şuranın sədr müavinləri, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva isə Şuranın katibi seçilib. 
Qeyd edək ki, ETSN yanında İctimai Şura ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.
Избранный
47
ekologiya.az

1Источники