RU

Beynəlxalq turnirdə boksçularımızın qələbəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu mərhələ adlayıb.

55 kiloqramda Nicat Hüseynov startda İon Plinqanı (Moldova) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Avropa çempionu yekunda 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Bu çəkidə Zəlimxan Süleymanov komanda yoldaşı Kənan Babayevi mübarizədən kənarlaşdırıb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Mərhələ adlayan Süleymanovla Hüseynov 1/4 finalda bir-birinə rəqib olublar.

Mahmud Hüseynov (65 kq) gürcüstanlı Zviad Tçotçua döyüşə çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə komanda yoldaşı Zaur Qəhrəmanovla döyüşəcək. 65 kiloqramda Malik Həsənov da adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşdə Yiğit Usdan (Türkiyə) üstün olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Həsənov növbəti qarşılaşmasında Levan Demurovini (Gürcüstan) sınağa çəkəcək.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
3
xalqqazeti.az

10Источники