RU

Rusiyada bank sistemi çökdü İnternetin bloklanması maliyyə sistemini silkələyir

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiyada 3 aprel tarixində bank tətbiqlərinin işində genişmiqyaslı nasazlıq baş verib.

“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, bu hadisə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir neçə saat ərzində istifadəçilər, o cümlədən Moskva sakinləri yalnız tətbiqlərdən deyil, həm də kartla ödəniş etməkdən və nağd pul çıxarmaqdan normal şəkildə istifadə edə bilməyiblər.

Nasazlıqlar Rusiyanın bir çox regionunu əhatə edib. Sosial şəbəkələrdə yazıldığı kimi, bir çox bölgədə təkcə tətbiqlər deyil, bankomatlar da işləməyib. Problemlər həmçinin Moskva metrosuna və şəhərətrafı elektrik qatarlarına da təsir edib - turniketlər sərnişinləri bank kartları ilə buraxmayıb.

KİV-lər ekspertlərə istinadən yazır ki, nasazlıqların səbəbi hakimiyyətin internet resurslarını bloklama cəhdləri ola bilər. Bu barədə xüsusilə “Forbes” yazsa da, material sonradan əlçatmaz olub. Oxşar fikri hakimiyyətə yaxın bəzi resurslar — “Mash” və “Ura.ru” da səsləndirib. Məsələn, “Mash” bildirib ki, nasazlığın mümkün səbəbi “bank infrastrukturunun işində istifadə olunan IP ünvanların bloklanması” olub.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi və Roskomnadzor isə baş verən nasazlıqlarla bağlı şərh verməyib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
19
azpolitika.info

10Источники