RU

Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”

style='margin-bottom:10px;'>

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin QOL.az saytına müsahibəsi

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la bərabərə qaldınız. 2:2-lik heç-heçəni necə şərh edərdiniz?

- Maraqlı matç alındı. Belə atmosferdə oynamaq xoş təəssüratlar yaradır. Bu qədər azarkeşin stadiona gəlişi bizi çox sevindirdi. Nəticə barədə nəsə demək istəmirəm. İkinci oyuna köklənməliyik. Qarşıda bizi ən azı 90 dəqiqə gözləyir. Heç nə bitməyib. 

- Qələbə qazanmağınız üçün nə çatmadı?

- Belə rəqibə qarşı oynamaq çətindir. "Sabah" yüksək komponentlərə malik kollektivdir. Cavab matçına hazır olmalıyıq.

- Bu rəqiblə sonuncu çempionat oyununda da heç-heçə etmişdiniz. Kubokun ötənilki finalını da nəzərə alsaq, artıq 4 matçdır “Sabah”ı məğlub edə bilmirsiniz...

- Fərqli turnirlərdə onlara qarşı oynadıq. Həm liqada, həm də kubok matçında. “Sabah” yaxşı heyət formalaşdırıb. Biz rəqibi yaxşı təhlil etmişdik. Həmçinin, "Sabah" da yaxşı hazırlaşmışdı. Onlar hər matça xüsusi istəklə çıxırlar. Bu, futboldur. Ola bilər ki, hansısa matçda qalib gələk, yaxud uduzaq. Biz qarşıdakı matça hazırlaşmaq üçün bu oyunumuz üzərində təhlil edəcəyik. Ən yaxşısını etməyə çalışacağıq. Cavab matçında səhvlərimizi təkrarlamamalıyıq. 

- Cavab matçından gözləntiniz nədir? 

- Yalnız qələbə qazanıb final oynamağa fokuslanmışıq. 

- Yəni “Qarabağ” finaldan əlini üzməyib...

- Əlbəttə. Düzdür, belə matçlarda öncədən proqnoz vermək olmur. Amma istənilən halda məqsədimiz finaldır. Azərbaycan kubokunu qazanmaq istəyirik. 

- “Sabah”la əvvəlki matçın hakimliyi çox müzakirə olunmuşdu. Referilərin budəfəki idarəçiliyini necə qiymətləndirirsiniz?

- Bu barədə nəsə demək istəmirəm. Komanda olaraq hakimlik barədə düşünmürük. Bu, bizi maraqlandırmır.

Избранный
16
2
teleqraf.com

2Источники