RU

Zərifin ABŞ la gizli planı ifşa olundu? İranda xəyanət ittihamı

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İranın mühafizəkar deputatı Həmid Rəzai ölkənin keçmiş prezidenti Həsən Ruhani və sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin dərhal həbs olunması üçün məhkəmə orqanlarına rəsmi müraciət edib.

Turkustan.az xəbər verir ki, bu sərt tələb hər iki siyasətçinin ABŞ və İsraillə davam edən müharibənin dayandırılması və deeskalasiya ilə bağlı verdiyi sensasion bəyanatlardan sonra irəli sürülüb. Deputat Rəzai hər iki şəxsi "təslimçilik" və "xəyanət"də ittiham edərək, məhkəmə sistemini onlara qarşı "məhkəmə zərbəsi" endirməyə çağırıb. Münaqişəyə səbəb olan çıxışında Həsən Ruhani müharibənin "ləyaqətli" şəkildə başa çatdırılması üçün diplomatik ssenarilərin hazırlanmasının vacibliyini vurğulayıb.

Eyni zamanda Cavad Zərif nüfuzlu "Foreign Affairs" jurnalı üçün yazdığı məqalədə müharibəni bitirmək üçün konkret yol xəritəsi təqdim edib. Zərifin təklifləri arasında beynəlxalq nəzarət altında limitli uran zənginləşdirilməsi, nüvə silahından rəsmən imtina, iqtisadi sanksiyaların ləğvi və İranla ABŞ arasında "Hücum etməmək haqqında pakt"ın imzalanması kimi bəndlər yer alır. Lakin ölkədəki mühafizəkar düşərgə bu təklifləri ordunun döyüş ruhuna zərbə və "Amerikaya satılmaq" kimi qiymətləndirir.

Hazırda Tehranda bu məsələ ilə bağlı gərginlik pik həddədir və sülh tərəfdarı olan siyasətçilərin həqiqətən də ciddi təzyiqlərlə, hətta həbs təhlükəsi ilə üzləşəcəyi proqnozlaşdırılır./Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
3
icma.az

4Источники