RU

Əfsanəyə bu cəza verildi

2025-ci ilin oktyabr ayında Kiyev “Dinamo”sunun və SSRİ milli komandasının keçmiş yarımmüdafiəçisi İvan Yaremçukun Krakov hava limanında həbs edildiyi haqda məlumat vermişdik. Yaremçuk təxminən altı həftə Polşa həbsxanasında keçirib.

O, oktyabrın 10-da, Ukrayna və Azərbaycan arasında oyundan bir gün əvvəl Belçikadan Polşaya uçub. Yaremçuk futbol biznesi ilə məşğul olub – adətən milli komandaların oyunlarından əvvəl onlar veteranların oyununu təşkil edirlər.. Lakin Krakov hava limanında İvan gözlənilmədən polis tərəfindən həbs edilib.

Publika.az xəbər verir ki, Yaremçuk cinayət işinin təfərrüatlarını bölüşməkdən imtina edib.

Amma etiraf etdiyi yeganə şey, işin 2022-ci ildən 2023-cü ilə qədər yaşadığı Praqadakı həyatındakı hadisələrlə əlaqəli olmasıdır.

“Etdiyim əməldən utanıram. Bu, bir xəstəlikdir, bunu özünüz də bilirsiniz”, – İvan Yaremçuk təxminən 20 ildir tanıdığı “Champion”un müxbirinə deyib .

Избранный
31
50
publika.az

10Источники