Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.
Ağır vəziyyətdə xəstəxanaya aparılan qız dərhal tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib.