RU

Qvardiola Rodri haqqında: Getmək istəsə, qarşısını almayacağam

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pep Qvardiola Rodrinin "Real"a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi futbolçunun qərarına hörmətlə yanaşacağını qeyd edib:"Əlbəttə, əgər oyunçu xoşbəxt deyilsə və getmək istəyirsə, klub onun qarşısını almaz. Klub hər şeydən üstündür. Amma düşünürəm ki, Rodri burada xoşbəxtdir", – deyə ispaniyalı mütəxəssis bildirib.Milli oyunlar zamanı Rodridən Florentino Peresin onu Madridə gətirmək istədiyi soruşulub. 29 yaşlı yarımmüdafiəçi bunu istisna etməyib."Dünyanın ən böyük klublarından birindən təklifi rədd etmək çətindir", – deyə o vurğulayıb.Qvardiola əlavə edib ki, klub rəhbərliyi Rodrinin komandada qalmasını istəyir:"Klubun istəyi onun qalmasıdır. Mən də belə olacağını düşünürəm, amma futbolda hər şey mümkündür".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
sport24.az

1Источники