RU

ŞOK:Generalı gəmidə öldürüb dənizə atdılar -FOTO

2025-ci ilin dekabrında Rusiyanın “kölgə donanmasına” aid Qendil tankerinə edilən hücum zamanı Baş Kəşfiyyat İdarəsinin generalı Andrey Averiyanovun öldüyü iddia edilir.

Bu barədə Fransanın RFI radiostansiyası məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, əməliyyatın arxasında Liviyanın ərazisindən, rəsmi Tripoli ilə koordinasiya şəraitində hərəkət edən Ukrayna hərbçiləri dayana bilər.

Bildirilir ki, tankerə ekipajdan əlavə, “dənizçi qiyafəsində” təxminən on yüksək vəzifəli rusiyalı kəşfiyyat əməkdaşı da olub. Hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Ölənlər arasında Averiyanovun da olduğu iddia edilir.

Rusiya tərəfi bu məlumatı hələlik rəsmi şəkildə şərh etməyib.

Qeyd edək ki, Andrey Averiyanov Daşkənd Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. “Azadlıq Radiosu”nun daha əvvəl yaydığı məlumata görə, o, 2013-cü ildə Avropada GРУ əməliyyatlarına cavabdeh olan məxfi 29155 saylı hərbi hissəyə rəhbərlik edib. 2024-cü ildə isə Çexiyada Vrbetitse partlayışları ilə bağlı iş üzrə axtarışa verilib./konkret.az/

Избранный
5
9
musavat.com

10Источники