RU

Xərçənglə bağlı çağırış

"Müntəzəm tibbi müayinələr, skrininq proqramlarında iştirak və sağlam həyat tərzinin seçilməsi xərçəng riskini azaltmaqla yanaşı, xəstəliyin erkən mərhələdə aşkarlanmasına və daha effektiv müalicəsinə imkan yaradır".

Milli.Az xəbər verir ki, bunu türkiyəli həkim Harun Karabacak deyib.

H.Karabacak qeyd edib ki, xərçəng dünyada əsas sağlamlıq problemlərindən biri olaraq qalır.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) GLOBOCAN 2022 məlumatlarına əsasən, dünyada hər il təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. Mövcud tendensiyalar davam edərsə, 2050-ci ildə yeni hallar sayının 35 milyona çatacağı gözlənilir.

O əlavə edib ki, dünyada ən çox rast gəlinən xərçəng növləri arasında ağciyər, süd vəzi, kolorektal və mədə xərçəngi yer alır. Xüsusilə ağciyər xərçəngi yeni hallar üzrə ilk sıradadır.

H.Karabacak diqqətə çatdırıb ki, bir çox xərçəng növü ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edə bilər. Bu səbəbdən skrininq proqramları xüsusi əhəmiyyət daşıyır.

Mütəxəssis həmçinin qeyd edib ki, erkən mərhələdə aşkarlanan hallarda daha yüngül cərrahi müdaxilələr və daha az aqressiv müalicə üsulları tətbiq oluna bilər.

Sonda Karabacak xərçəngdən qorunmada sağlam həyat tərzinin rolunu vurğulayaraq, siqaret və tütün məhsullarından uzaq durmağın, balanslı qidalanmanın, fiziki aktivliyin artırılmasının, ideal çəkidə qalmağın və alkoqolun məhdudlaşdırılmasının vacibliyini qeyd edib.

O, xüsusilə kişilər arasında xərçəngin daha çox yayılmasının əsas səbəblərindən birinin tütün istifadəsi olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
3
olaylar.az

5Источники