RU

İntensiv yağışlar yağacaq

Aprelin 5-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Избранный
19
49
publika.az

10Источники