RU

“AvtoVAZ” istehsalı dayandırır İşçilər məcburi məzuniyyətə göndərilir

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın avtomobil nəhəngi olan “AvtoVAZ” istehsalı dayandırmaq məcburiyyətindədir.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, “AvtoVAZ”-ın yaydığı rəsmi məlumata görə, zavod öz işçilərini 4-13 may tarixlərində korporativ məzuniyyətə göndərəcək. İstehsal isə mayın 2-də dayanacaq.

Şirkət bunu üçüncü rübdə planlaşdırılan yeni model olan “Lada Azimut” krossoverinin buraxılışına hazırlıq məqsədilə "istehsal xətlərinin və texnoloji avadanlıqların daha bir genişmiqyaslı modernləşdirilməsi" kimi izah edir.

Lakin Rusiya mediası bunu başqa bir səbəblə əlaqələndirir: tələbatın az, alıcılıq səviyyəsinin aşağı olması səbəbindən anbarda həddindən artıq yüklənmənin olması. “Mash” kanalına görə, “AvtoVAZ”-ın montaj xətləri əslində, 27 apreldən 17 maya qədər faktiki olaraq bağlanacaq və bu, dörd günlük iş həftəsinə keçməmək üçündür. Rusiyanın ən böyük yük maşını istehsalçısı KamAZ da satışların azalması səbəbindən iyun ayından başlayaraq dörd günlük iş həftəsinə keçəcəyini artıq açıqlayıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
azpolitika.info

1Источники