23 may 2026-cı il tarixində "Azərkəndtikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin fəaliyyətinin yekunlarının müzakirəsi və gələcək planların təsdiqi.
2. Əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalının artırılması.
3. Digər məsələlər.
Yığıncaq Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 124 nömrəli binanın 2-ci mərtəbəsində keçiriləcək.