“ABŞ xüsusi təyinatlı qüvvələri vurulmuş qırıcının ekipaj üzvünü xilas etmək üçün İrana daxil olub”.
Aznews.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Nəşrin məlumatına görə, qırıcının iki ekipaj üzvünün katapult etməsi İran və ABŞ-nin amerikalı pilotların axtarışında yarışa çıxmasına səbəb olub.
Qeyd edək ki, ötən gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35 Lightning II” qırıcı təyyarəsinin vurulduğunu iddia edib.