RU

Uşaqlar var, şərait yoxdur?

“Rəsmi məlumata görə, bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib. Bir ədəd qızıl gülün ölkəyə çatdırılmasının orta qiyməti 2 manat 20 qəpik olub”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, yanvar ayında ən çox qızıl gül Ekvadordan gəlib:

“Bu ölkədən 525 min ABŞ dolları dəyərində 366 min ədəd qızılgül almışıq (ortalama qiyməti 2 manat 40 qəpik olub).İkinci yerdə Keniyadır, bu ölkədən 56 min ABŞ dolları dəyərində 45 min ədəd qəzılgül gətirilib (ortalama qiyməti 1 manat 70 qəpik olub). Yanvar ayında Niderlanddan gələn gül sayı 4 dəfə artıb - 7100 dollar dəyərində 6 300 ədəd qızılgül gətirilib (ortala qiyməti 1 manat 91 qəpik)”.

N.Cəfərli iddia edir ki, Ekvadorda gün becərmək işinə azərbaycanlılar baxır:  

“İndi soruşacaqsız ki, niyə bu mövzudan yazıram? Bildirim ki, söhbət bir tək o güllərin bazarda 2-3 dəfə baha satıldığından getmir. Belə bir xəbərlər dolaşır ki, Ekvadorda gül işinə azərbaycanlılar baxır, orada plantasiyalar, istehsal və qablaşdırma şəbəkələri qurublar. Elədirsə, halal olsun, doğrudan da millətimiz bacarıqlıdır, amma, sual yarınır ki, Ekvadorda bu işi bacaran azərbaycanlı, nədən öz ölkəsində bu biznesi qura, inkişaf etdirə, pul qazana bilmir.

Dünyanın o başında gül yetişdirib, bütün xərclər daxil 2 manat 40 qəpiyə ölkəmizə gətizdirə bilirsə, deməli, burada da bu işi görə bilər. Bir sözlə, uşaqlar var, şərait yoxdur...

Həmin Ekvadordan tək yanvar ayında Rusiyaya 118 mln. ədəd müxtəlif gül-çiçək gətirilib. Bizimkilər bunu da bacarıblarsa, bir daha halal olsun”.

"Cebheinfo.az"

Избранный
20
cebheinfo.az

1Источники