Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunur.
Hafta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 4-ü saat 13:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa, Kürdəmir, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Gəncə, Sədərək, Şərur, Naftalan, Goranboy, Ağdam, Mingəçevir, Sabirabad, İmişli, Quba, Qusar, İsmayıllı, Bərdə, Daşkəsən, Şəmkir, Göyçay, Şəki, Zaqatala, Balakən, Yevlax, Qəbələ, Oğuz, Ağsu, Xızı, Xaltan, Tərtərdə yağış, Xınalıq və Şahdağda isə qar yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevir, Goranboyda 23, Naftalanda 22, Bakıda və Abşeron yarımadasında, o cümlədən Tovuz, Ağdam, Kəlbəcər, Culfada 18, Sabirabad, Cəlilabad, Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir.