RU

Güclü külək əsəcək, qar yağacaq - Rayonların havası

Aprelin 5-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı ərazilərində yağıntının intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında arabir duman müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi əsəcək, bəzi vaxtlarda güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə arabir duman müşahidə ediləcək, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir yağıntı ehtimalı var. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı mümkündür. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti təşkil edəcək.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində, o cümlədən Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən, Gədəbəy və Göygöldə bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağıntı, şimşək, dolu və dağlıq ərazilərdə qar ehtimalı var. Axşam saatlarına doğru yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti olacaq. Şərqi Zəngəzurda isə gecə 2-7° isti, dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 10-15° isti gözlənilir.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağıntılı hava şəraiti olacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Axşam yağıntı tədricən kəsiləcək. Arabir duman müşahidə olunacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv, bəzi şərq rayonlarında isə güclü olacağı ehtimal olunur. Şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı mümkündür. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Arabir duman müşahidə ediləcək, qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda bəzi yerlərdə fasilələrlə yağıntılı hava şəraiti hökm sürəcək. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 6-8° isti, gündüz 10-13° isti təşkil edəcək.


Telegram kanalımız
Избранный
17
50
yenisabah.az

10Источники