RU

Tramp “Alkatras”ı bərpa etmək istəyir


ABŞ Prezidenti Donald Tramp məşhur “Alkatras” həbsxanasının yenidən qurulması üçün Konqresdən 152 milyon dollar istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti sənədə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, “Alkatras” hazırda məşhur turizm məkanıdır. Lakin Tramp bir daha “Alkatras”ı təhlükəli məhbuslar üçün maksimum təhlükəsizlikli həbsxanaya çevirmək istəyir.
Nəşr yazdığına görə, lakin bu məsələdə ciddi problemlər mövcuddur. Belə ki, 60 ildən çoxdur boş olan həbsxananın infrastrukturu bərbad vəziyyətdədir. Keçmiş həbsxananın yerləşdiyi adada nə kanalizasiya, nə də su xətti var. Üstəlik, nəşrin qeyd etdiyi kimi ”Qaya” kimi tanınan adanın böyük bir hissəsi quş peyinləri ilə örtülüb.
San-Fransisko rəsmiləri Trampın həbsxananı yenidən bərpa etmək niyyətini “mənasız” hesab edirlər. Çünki turizm hazırda şəhərin ən böyük iqtisadi sektorlarından biridir.
ABŞ-nin yeni büdcə təklifinə əsasən, Federal Həbsxanalar Bürosu üçün 5 milyard dollar planlaşdırılır. Bu puldan ABŞ-nin “köhnəlmiş islah müəssisələrini” modernləşdirmək üçün istifadə edilməsi nəzərdə tutulur. Alkatrasın bərpasının ilk ili üçün 152 milyon dollar lazım olacaq və bundan sonra xərclər potensial olaraq xeyli artacaq.
Qeyd edək ki, 2025-ci ilin may ayında Tramp “Alkatras” həbsxanasını bərpa etməyə və “Amerikanın ən amansız və təhlükəli cinayətkarlarını” yerləşdirmək üçün yenidən açmağa çağırıb. ABŞ Prezidenti bu işi Federal Həbsxanalar Bürosuna, Ədliyyə Nazirliyinə, FTB-yə və Daxili Təhlükəsizlik Nazirliyinə həvalə etdiyini bildirib.
Избранный
33
7
yeniavaz.com

9Источники