RU

BAEA Buşehr AES yaxınlığındakı insidentdən sonra radiasiya riski barədə açıqlama verib

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu gün səhər BuşehrAtom Elektrik Stansiyasının (AES) ərazisi yaxınlığına endirilmişzərbə barədə məlumatlandırılıb. Bu, son həftələr ərzində artıqdördüncü belə insidentdir.

Trend xəbər verirki, bu barədə agentliyin rəsmi "X" səhifəsində dərc olunanməlumatda qeyd edilib.

“İran həmçinin BAEA-yə bildirib ki, obyektin fiziki mühafizəxidmətinin əməkdaşlarından biri qəlpə dəyməsi nəticəsində həlakolub, stansiyanın ərazisindəki binalardan biri isə partlayışdalğası və mərmi qalıqları nəticəsində zədələnib. Radiasiyasəviyyəsində artım qeydə alınmayıb”,- deyə məlumatdavurğulanıb.

BAEA-nin baş direktoru Rafael Qrossi baş verən hadisədənnarahatlığını ifadə edərək vurğulayıb ki, atom elektrikstansiyaları və onlara bitişik ərazilər hücum hədəfinəçevrilməməlidir. O, həmçinin nüvə qəzası riskinin qarşısını almaqüçün tərəfləri maksimal hərbi təmkinliliyə çağırıb.

Xatırladaq ki, Buşehr AES-in birinci bloku 2011-ci ildəfəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rusiya atomşirkətindən İran tərəfinə təhvil verilib. 2013-cü ildən etibarənblok maksimum həcmdə — 1000 meqavat-saat elektrik enerjisi istehsaledib. 10 il ərzində AES-də elektrik enerjisi istehsalı 65 milyardkilovat-saatı ötüb. 2013-cü ildən 20 mart 2025-ci il tarixinədəkisə AES-də elektrik enerjisi istehsalı 72,4 milyard kilovat-saattəşkil edib.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranınnüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrərazılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylıqətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmlisanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşısanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdətutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindənbirmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinəBMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayındayayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranınhəcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfəayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkretrazılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilənəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrailİrana hərbi hava hücumlarına başlayıb.

Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə vəABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarlahücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqinmüxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Избранный
8
5
az.trend.az

10Источники