RU

Azərbaycanda bank depozitləri il ərzində 2 %-dən çox artıb

Bu il martın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 345,5 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 % çox, ilin əvvəli ilə müqayisədə 0,9 % az, ötən il martın 1-nə nisbətən isə 2,3 % çoxdur.

Depozit portfelinin 47,6 %-i, yaxud 19 milyard 673,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 10,4 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 16 % artaraq 17 milyard 209,3 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 23,1 % artaraq 4 milyard 462,5 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 21 milyard 942,2 milyon manatı (1 il əvvələ nisbətən 7,9 % az) qısamüddətli, 19 milyard 403,3 milyon manatı (17 % çox) isə uzunmüddətli olub.

Избранный
18
25
far.az

10Источники