RU

Yenidən İtaliya millisini çalışdıra bilər

İtaliyalı məşqçi Roberto Mançini yenidən İtaliya milli komandasına rəhbərlik etməyə hazırdır. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda çalışdığı “Əl-Sədd” klubu ona illik 25 milyon funt sterlinq məvacib təklif edib.

Məlumata görə, müqavilənin pozulması hər hansı problem yaratmayacaq.

İtaliya yığmasının baş məşqçi postuna digər namizədlər arasında Massimiliano Alleqri və Antonio Konte də var.

Qeyd edək ki, Mançini 2018 - 2023-cü illərdə İtaliya millisinin baş məşqçisi olub.

"Cebheinfo.az"

Избранный
7
2
cebheinfo.az

4Источники