RU

Yazda bir çox xəstəliklər yenidən oyanır...

Adelet.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yaz və payız fəsillərində bir çox xəstəliklər yenidən baş qaldırır.Xüsusilə də  allergiya dücar olanlar bu fəsillərdə özlərinə daha çox narahat edirlər.Adi bir çiçək tozu onların səhhətinə mənfi təsir edir.Ümumiyyətlə, bir çox xəstəliklər var ki, onlar havalar dəyişəndə yenidən insanları  narahat edir.Təbii ki, bəzi xroniki xəstəliklərdə bu qəbildəndir.

Bəs həmin pasiyentlər nə etməlidir və özlərini necə qorunmalıdır! Həkim- allerqoloq Mədinə Nəsibova deyir ki, belə xəstələr bir qayda olaraq həkimə müraciət etməli, müayinə olunmalı, yaz və payız fəsillərində müalicə olunmalıdır. Bir faktı oxucuların diqqətinə çatdırım ki, bütün xroniki xəstələrdə məhz bu fəsillərdə  daha çox ağrı- acı, narahatlıq olur. Bizi hər mövsüm pasiyentlərimizi maarifləndiririk, amma təəssüflə qeyd etməliyik ki,bəzi xəstələr bizim tövsiyəmizə əməl eləmir, səhhətləri ağırlaşanda bizim yanımıza gəlirlər.

Təbii ki, onda da pasiyentləri müalicə etmək, sağaltmaq  bir qədər  çətin olur! Bax eyni zamanda mədə- bağırsaq xəstəliklərindən əziyyət çəkənlər də  öz səhhətləri  ilə ciddi  maraqlanmalıdir. Bir sözlə,sağlam olmaq istəyirsinizsə, mütləq ən azından ildə bir dəfə  müayinədən  keçin.Bütün insanlara cansağlığı  və xoşbəxtlik arzulayıram!!!

Emil FAİQOĞLU  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
50
adalet.az

10Источники